Xəzər Xəbər

Kriminal avtoritet məhkəmə qarşısında GÜLLƏLƏNDİ: Xəstəxanada öldü

Hadisə | 17:25 • 27 Noyabr 2021
Kriminal avtoritet məhkəmə qarşısında GÜLLƏLƏNDİ: Xəstəxanada öldü
Noyabrın 16-da Kiyevdə məhkəmə binası yaxınlığında güllələnən kriminal avtoritet İrakli Malaniya ayın 25-də gecə xəstəxanada dünyasını dəyişib.
 
Ukrayna mediasının məlumatına görə, təcavüzkarlar ona 10 güllə vurublar. O, 10 gün komada olub.
 
İrakli Malaniya vəkili ilə birlikdə məhkəməyə gəlib.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, məhkəmədə quldurluq işinə baxılmalı idi.

 

Məlumata görə, məhkəməni mühafizə edənlər atəş səsi eşitdiklərini eşitdikdən sonra küçəyə qaçaraq zərərçəkmişə ilkin tibbi yardım göstərib, təcili tibbi yardım və polis çağırıblar.
 
Kriminal avtoritetə hərəkətdə olan maşından atəş açıldığı bildirilir. 
 
42 yaşlı gürcüstanlı İrakli Malaniya əvvəllər quldurluğa görə məhkumluq həyatı yaşayıb. 
 
Onun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə yaxın münasibətlərinin olduğu da iddia edilir. /Sfera.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti