Xəzər Xəbər

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanıldı

Hadisə | 10:34 • 26 Noyabr 2021
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanıldı
Noyabrın 25-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
 
XəzərXəbər xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə onları yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Xəbər lenti