Xəzər Xəbər

Bakıda karantin qaydalarını pozan hotel icarədarı saxlanılıb

Hadisə | 15:42 • 25 Noyabr 2021
Bakıda karantin qaydalarını pozan hotel icarədarı saxlanılıb

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinir.

Daxili İşlər Nazirliyindən (DİN) xezerxeber.az-a verilən məlumata görə, karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, eyni zamanda qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Pure Boutique Hotel” otelində karantin rejimi qaydalarının pozularaq qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.

Otelin icarədarı Y.Tapdıqzadə və 3 işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti