Xəzər Xəbər

Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldü

Hadisə | 15:35 • 25 Noyabr 2021
Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldü

Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.

XəzərXəbər-in oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib. 

 

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti