Xəzər Xəbər

Yol-nəqliyyat hadisələri iki piyadanın həyatına son qoydu

Hadisə | 14:19 • 24 Noyabr 2021
Yol-nəqliyyat hadisələri iki piyadanın həyatına son qoydu

Hacıqabul şəhəri ərazisində yolu keçən rayon sakini Ramin İsmayılov Şəmkir rayon sakini A.Bürcəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər oxşar hadisə Göygöl rayonunda baş verib. Göygöl rayonunun Qızılca kəndi ərazisində yolu keçən 40-45 yaşlı qadın müəyyənləşməmiş avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti