Xəzər Xəbər

Bakıda qadınları qorxu içində saxlayan şəxs ələ keçdi

Hadisə | 18:08 • 27 Oktyabr 2021
Bakıda qadınları qorxu içində saxlayan şəxs ələ keçdi

Bakıda soyğunçuluq və oğurluqla məşğul olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 30-da Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini G.Muradovanın çantasından içərisində sənəd olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun A.Mirzəyeva və N.Əliyevanın çantalarından pul və sənəd oğurlaması da müəyyən edilib.

Xəbər lenti