Xəzər Xəbər

Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı - 27 nəfər vəfat etdi

Hadisə | 17:04 • 27 Oktyabr 2021
Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı - 27 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib. 27 728 nəfər aktiv xəstə sayını təşkil edib.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, bu günə qədər isə ümumilikdə 5 144 208 test icra olunub.

 

Xəbər lenti

Çox oxunanlar