Xəzər Xəbər

Bakıda evdən kişi meyiti aşkarlanıb

Hadisə | 10:27 • 24 Oktyabr 2021
Bakıda evdən kişi meyiti aşkarlanıb

Bakıda mənzildən kişi meyiti tapılıb.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Məmmədhüseynov Məmmədhüseyn İlham oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Çox oxunanlar