Xəzər Xəbər

Bakıda 5 otaqlı ev yanıb

Hadisə | 08:59 • 24 Oktyabr 2021
Bakıda 5 otaqlı ev yanıb

Bakının Xəzər rayonunda ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.

Xezerxeber.az-ın FHN-ə istinadən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti