Xəzər Xəbər

Xalq artisti Canəli Əkbərov dəfn olunub

Hadisə | 15:11 • 23 Oktyabr 2021
Xalq artisti Canəli Əkbərov dəfn olunub

Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Canəli Əkbərov bu gün İkinci Fəxri xiyabanda dəfn olunub.

XəzərXəbər xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti dünən axşam saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. Xanəndə 1989-cu ildə Azərbaycan milli mədəniyyətinin inkişafındakı uğurlarına görə Əməkdar artist, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

Xəbər lenti