Xəzər Xəbər

Bakıda ağır yol qəzası - ÖLƏN VƏ YARALANAN VAR

Hadisə | 13:05 • 20 Oktyabr 2021
Bakıda ağır yol qəzası - ÖLƏN VƏ YARALANAN VAR

Bakıda yol qəzası olub.

XəzərXəbər xəbər verir ki, oktyabrın 19-da saat 17 radələrində paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakinləri - Cövdət Abdulovun idarə etdiyi “VAZ-2107” və Z.Əsədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, C.Abdulov orada ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar