Xəzər Xəbər

Lənkəranda AĞIR QƏZA: xəsarət alanlar var

Hadisə | 09:30 • 19 Oktyabr 2021
Lənkəranda AĞIR QƏZA: xəsarət alanlar var

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

XəzərXəbər xəbər verir ki, hadisə Sütəmurdov kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Təhmasib Heydərov, 1992-ci il təvəllüdlü Araz Hüseynov, habelə daha iki nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. T.Heydərovun və A.Hüseynovun xəsarətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti