Xəzər Xəbər

DİN Bakıda yeniyetmənin narkotikdən istifadə etməsi iddialarına münasibət bildiridi

Hadisə | 11:18 • 15 Oktyabr 2021
DİN Bakıda yeniyetmənin narkotikdən istifadə etməsi iddialarına münasibət bildiridi

Sosial şəbəkələrdə Bakıda məktəb yaşlı uşağın narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, uşağın narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır.

XəzərXəbər xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Həmin azyaşlı anasının yanındadır. Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib", - o vurğulayıb.

Xəbər lenti