Xəzər Xəbər

İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı FOTO

Hadisə | 19:05 • 13 Oktyabr 2021
İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı

Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisinin şəxsiyyəti müəyyənləşib.

Bu barədə Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov məlumat verib.

Meyit İxtiyar İlqar oğlu Əliyevə məxsusdur.

Onun nəşi sabah ailəsinə təhvil veriləcək və rayonun Goran kəndində dəfn olunacaq.

Qeyd edək ki, İ.Əliyev ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sonradan ondan xəbər alınmayıb.

Mərhum ailəli idi, övladı yoxdur.

Xəbər lenti

Çox oxunanlar