Xəzər Xəbər

Azərbaycanda bu gün nə qədər insan koronavirusa yoluxub?

Azərbaycanda daha 1 265 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb
Hadisə | 17:50 • 13 Oktyabr 2021
Azərbaycanda bu gün nə qədər insan koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib. 13 241 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, bu günə qədər isə ümumilikdə 4 979 535 test icra olunub.

Xəbər lenti