Xəzər Xəbər

Sumqayıtda 27 yaşlı gənc ürəyindən bıçaqlandı

Hadisə | 12:47 • 10 Oktyabr 2021
Sumqayıtda 27 yaşlı gənc ürəyindən bıçaqlandı

Sumqayıtda qətl törədilib. 

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. Şəhərin 5-ci mikrorayon ərazisində 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib.

Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulova mübahisə etdiyi şəxs tərəfindən bıçaq zərbəsi vurulub. Ürək nahiyəsinə nüfuz edən bıçaq zərbəsi nəticəsində T. Abdulov hadisə yerində ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti