Xəzər Xəbər

İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı AÇIQLAMA

Daşkəsəndə iyulda itkin düşən şəxslərin meyiti minalanmış ərazidə tapıldı
Hadisə | 19:37 • 24 Sentyabr 2021
İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı

Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meytləri aşkarlanıb.

XəzərXəbər-in yerli bürosunun verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitlərinin Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapıldığını bildirib.

Hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

Xəbər lenti