Xəzər Xəbər

Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı

Hadisə | 16:45 • 24 Sentyabr 2021
Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı

Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 440 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 227 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 683 453, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 544 276 təşkil edir.

Xəbər lenti