Xəzər Xəbər

Bakıda ərzaq mağazası yanıb

Hadisə | 09:17 • 24 Sentyabr 2021
Bakıda ərzaq mağazası yanıb

Bakı şəhərinin Xəzər rayonunda ərzaq mağazası yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 60 m² sahədə yanıb. Yüksək temperaturdan 2 ədəd vitrin soyuducusu əriyib.

Mağazanın qalan hissəsi, bitişik tikili və ev yanğından mühafizə olunub.

Xəbər lenti