Xəzər Xəbər

Bakıda market qarət edilib, tutulan var

Hadisə | 14:18 • 23 Sentyabr 2021
Bakıda market qarət edilib, tutulan var

Nəsimi rayonunda marketdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, sentyabrın 21-də rayon ərazisindəki marketlərin birindən 2300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Ağakişiyev rayon polis idarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti