Xəzər Xəbər

Azərbaycanda mülki şəxs minaya düşərək öldü

Hadisə | 13:50 • 22 Sentyabr 2021
Azərbaycanda mülki şəxs minaya düşərək öldü

Qazax rayon sakini minaya düşərək ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. 

Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti