Xəzər Xəbər

Bakıda evdən 20 min manatlıq qızıl aparılıb

Hadisə | 15:28 • 21 Sentyabr 2021
Bakıda evdən 20 min manatlıq qızıl aparılıb

Nərimanov rayonunda evlərin birindən iyirmi min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, sentyabrın 19-da rayon ərazisindəki evlərin birindən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov rayon polis idarəsi 16-cı polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Xəbər lenti