Xəzər Xəbər

Oğuzda DƏHŞƏT: yaşlı qadını döyüb öldürdülər TƏFƏRRÜAT

Hadisə | 12:03 • 21 Sentyabr 2021
Oğuzda DƏHŞƏT: yaşlı qadını döyüb öldürdülər

Ötən gecə Oğuz rayonunun Böyük Söyüdlü kəndində 1958-ci il təvəllüdlü Vaqif Mustaqovun həyat yoldaşı, 1957-ci ildə anadan olmuş Mustaqova Gülgəz Abdurrahman qızını döyərək öldürməsi hadisəsinin təfərrüatları məlum olub.

Kənd sakinlərinin bildirdiyinə görə, yaşlı ər-arvad evdə ikisi yaşayırmış. Onların oğulları Bakıda, qızları isə ailələri ilə başqa yerdə yaşayır. Uzun müddətdir spirtli içki aludəçisi olan Vaqif Mustaqovda psixoloji problemlər yaranıbmış. O, vaxtaşırı həyat yoldaşını döyərək ona xəsarətlər yetirib. Bu barədə onların qohumları da məlumatlı olub və müdaxilə ediblər.

Son olaraq ötən gün xeyli miqdarda spirtli içki qəbul edən 63 yaşlı kişi həyat yoldaşını döyüb. Qadın aldığı ağır zərbələrin nəticəsində vəfat edib.

Hadisəni törədən şəxs artıq saxlanılıb. Onun barəsində cinayət işi açılıb./ Publika.az

Xəbər lenti

Çox oxunanlar