Xəzər Xəbər

Türkiyədə qətlə yetirilən azərbaycanlı qadının qardaşı detalları açıqladı

Hadisə | 15:35 • 20 Sentyabr 2021
Türkiyədə qətlə yetirilən azərbaycanlı qadının qardaşı detalları açıqladı

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Nevşehir şəhərində azərbaycanlı qadın Təranə Yamanın qətlə yetirilməsi barədə informasiya yayılıb.

Məlumata görə, 2 uşaq anası olan 53 yaşlı Təranə Avanos rayonunda yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən dava çıxıb və Aşar ov tüfəngi ilə qadına atəş açıb. Daha sonra isə Duran Yaşar Kayseridə özünü qatarın altına ataraq intihar edib.

XəzərXəbər xəbər verir ki, qətlə yetirilən xanımın qardaşı Sənan Ağayev bu gün "Qafqazinfo” ilə əlaqə saxlayıb.  O bildirib ki, xəbərlərin bacısının həmin evə qonaq getməsi şəklində yayılması doğru deyil:

"Bacım illərdir ki, Türkiyədə təmizlik işçisi kimi çalışırdı. Qətlə yetirildiyi evə də neçə ildir ki, təmizlik işləri üçün gedirdi. Ev sahibi olan şəxs həmişə bacımın pulunu artıqlaması ilə ödəyib. Duran Aşarın intihar etməsinə görə düşünürük ki, qətli o törədə bilər. Ancaq hələ ki məsələ ilə bağlı istintaq gedir. İstintaqın nəticələri barədə bizə məlumat verəcəklər. Bundan əlavə, bacımın 53 yox, 41 yaşı var”.

Xəbər lenti

Çox oxunanlar