Xəzər Xəbər

Liftlərin naqillərini oğurlayan şəxslər tutulublar

Hadisə | 15:34 • 20 Sentyabr 2021
Liftlərin naqillərini oğurlayan şəxslər tutulublar

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarışı İdarəsinin, Binəqədi Rayon Polis İdarəsinin 5-ci və 7-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il iyulun 29-da Mircəlal küçəsi 105 nömrəli yaşayış binasının girişindəki liftin 1200 manat dəyərində olan naqillərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rəşidov və T.Rəşidov müəyyən olunaraq saxlanılıblar.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, onların barələrində aparılmış tədbirlər nəticəsində həmin şəxslərin müxtəlif vaxtlarda daha üç binanın liftlərinin əyləc dolaqlarını və qapıları açıb-bağlayan mexanizmlərini oğurlamaları da müəyyənləşdirilib.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti