Xəzər Xəbər

Bakıda bu taksiyə minənlərin diqqətinə! Polis onu görün niyə tutub

Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb
Hadisə | 17:22 • 18 Sentyabr 2021
Bakıda bu taksiyə minənlərin diqqətinə! Polis onu görün niyə tutub

Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kənan Məlikli barəsində 26-cı polis bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndəriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti