Xəzər Xəbər

Sabirabadda sahibsiz tikilidən silah-sursat tapıldı

Hadisə | 13:52 • 15 Sentyabr 2021
Sabirabadda sahibsiz tikilidən silah-sursat tapıldı

Sabirabadda silah-sursat aşkarlanıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən Güdəcühür kəndi ərazisində yerləşən sahibsiz tikilidən “RPQ-71N1” markalı qumbaraatan, “AK-74” markalı avtomat silahı, 2 ədəd patron darağı və 60 ədəd patron tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti