Xəzər Xəbər

Bakıda ev yanıb, xəsarət alanlar var

Hadisə | 20:01 • 14 Sentyabr 2021
Bakıda ev yanıb, xəsarət alanlar var

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin (hər mərtəbəsi 120 m²) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti