Xəzər Xəbər

Bakıda dördəm doğuldu

Hadisə | 15:18 • 14 Sentyabr 2021
Bakıda dördəm doğuldu

Bu gün Bakıda dördəmlər dünyaya gəlib.

Körpələrin dünyaya gəldiyi "Leyla Medical Center"dən verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.

Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir".

Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.

Xəbər lenti