Xəzər Xəbər

Oğurluq edən şəxsin digər cinayət əməlləri müəyyənləşib

Hadisə | 14:48 • 14 Sentyabr 2021
Oğurluq edən şəxsin digər cinayət əməlləri müəyyənləşib

Yasamal rayonunda oğurluq edən şəxsin digər cinayət əməlləri müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş Ş.Bəkirovun barəsində rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun rayon ərazisindəki mağazaların birindən 500 manat məbləğində pul və 1500 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyənləşdirilib.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.

Xəbər lenti