Xəzər Xəbər

Paytaxtın Xəzər və Səbail rayonlarında quldurluq edən şəxslər tutulublar

Hadisə | 16:39 • 13 Sentyabr 2021
Paytaxtın Xəzər və Səbail rayonlarında quldurluq edən şəxslər tutulublar

Paytaxtın Xəzər və Səbail rayonlarında quldurluq edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Ə.Xəlilovu döyüb 100 manat məbləğində pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən V.Əliyev saxlanılıb.

Digər oxşar hadisə Səbail rayonunda qeydə alınıb. Avqustun 10-da M.İbişovun 100 manat məbləğində pulunu və iki ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Qurbanov rayon polis idarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti