Xəzər Xəbər

Bakıda sürücüyə qarşı soyğunçuluq edilib

Hadisə | 14:50 • 13 Sentyabr 2021
Bakıda sürücüyə qarşı soyğunçuluq edilib

Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Ü.İbrahimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində əyləşmiş iki nəfərin sürücüyə bıçaqla xəsarət yetirəcəkləri ilə hədə-qorxu gəlib ondan pul tələb etmələri, pulu olmadığından hadisə yerinin tərk etmələri barədə rayon polis idarəsinin 16-cı polis bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən paytaxt sakinləri A.Abbasov və əvvəllər məhkum olunmuş E.Əlizadə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.

Xəbər lenti