Xəzər Xəbər

Xaçmaz RİH-nin Vətən müharibəsinin iştirakçısı olan əməkdaşı yol qəzasında ölüb

Hadisə | 14:37 • 13 Sentyabr 2021
Xaçmaz RİH-nin Vətən müharibəsinin iştirakçısı olan əməkdaşı yol qəzasında ölüb

Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Ağayev Elşən Xanağa oğlu sentyabrın 12-də Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında həlak olub.

Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, Ağayev Elşən Xanağa oğlu 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 2015-ci ildə ehtiyata buraxılıb. Vətən müharibəsi başladıqdan sonra 29.09.2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, Füzuli, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, hadisə ötən gün Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində Elşən Ağayev ölüb, 5 nəfər yaralanıb.

Xəbər lenti