Xəzər Xəbər

Kirayə qaldığı evi qarət etdi FOTO

Hadisə | 12:30 • 5 Avqust 2021
Kirayə qaldığı evi qarət etdi

Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın ona məxsus evdən nağd pulun oğurlandığını bildirib.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, dərhal Tovuz RPŞ-in əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2550 manat pul oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs ev sahibinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib. F. İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti