Xəzər Xəbər

Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü

Hadisə | 11:47 • 1 Avqust 2021
Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü

Daşkəsəndə iki nəfər itkin düşüb.

Hadisə rayonun Alıxançallı kəndində baş verib.

Məlumata görə, kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da at gətirmək adı ilə kənddən çıxıb və bir daha geri qayıtmayıblar.

Onların dumanlı havada azmaları ehtimal olunur.

Qeyd edək ki, kəndin yuxarı hissəsi Vətən Müharibəsindən öncə Ermənistan silahlı qüvvələri ilə təmas xəttində neytral zona olub.

Xəbər lenti