Xəzər Xəbər

Türkiyədə güclü zəlzələ oldu

Hadisə | 684 | 09:20 • 1 Avqust 2021
Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonunda zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlardan birincisi 4,5 digəri isə 3,8 bal gücündə qeydə alınıb.

Qeyd edək ki zəlzələ, yerli vaxtla saat 22:57-də, yerin 44 km dərinliyində olub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Xəbər lenti