Xəzər Xəbər

Bakıda mənzildən kişi meyiti tapıldı

Hadisə | 09:18 • 1 Avqust 2021
Bakıda mənzildən kişi meyiti tapıldı

Bakıda mənzildən kişi meyiti tapılıb.

XəzərXəbər FHN-nə istinadla xəbər verir ki, nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Hüseynov Məhərrəm Əbdül oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti