Xəzər Xəbər

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Hadisə | 17:04 • 29 İyul 2021
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 247 vaksin vurulub.

XəzərXəbər xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 609 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı4 798 286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı2 777 752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020 534 təşkil edir.

Xəbər lenti