Xəzər Xəbər

Bakıda 2 yaşlı körpə milçək dərmanı içdi - Vəziyyəti ağırdır

Hadisə | 17:28 • 29 İyul 2021
Bakıda 2 yaşlı körpə milçək dərmanı içdi - Vəziyyəti ağırdır

Yay aylarında istifadə edilən ağcaqanad, milçək dərmanları uşaqlar üçün təhlükə mənbəyinə çevrilir. Müxtəlif qablarda olan bu kimyəvi vasitələri uşaqlar ələ keçirərək, şirin içki bilib içir.

Dünən 2 yaşlı körpə bu səbəbdən zəhərlənib.

Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsində 2019-cu il təvəllüdlü Şirinxanım Cəbrayılova evdə ehtiyatsızlıqdan milçək dərmanı içib.

Ağır vəziyyətdə Toksikologiya şöbəsinə çatdırılan körpənin həyatını son anda xilas etmək mümkün olub.

Valideynlər müxtəlif toksiki maddələri uşaqların əli çatan yerlərə qoymamalı, bu vasitələrin uşaqların əlinə keçməməsinə nəzarət etməlidir.

Xəbər lenti