Xəzər Xəbər

Türkiyədəki yanğınla bağlı son vəziyyət – 5 nəfər saxlanıldı

Hadisə | 13:08 • 29 İyul 2021
Türkiyədəki yanğınla bağlı son vəziyyət – 5 nəfər saxlanıldı

Türkiyədəki meşə yanğınları davam edir.

Osmaniyənin Dərəobası meşəsində baş verən yanğında şübhəli bilinən 5 nəfər saxlanılıb.

Dərəobası kəndində meşədə başlayan və küləyin təsiri ilə böyüyən yanğınının söndürülməsinə helikopterlər, çox sayda çiləyici və meşə təsərrüfatı işçisi cəlb edilib. 10 saatdan sonra ikinci meşə yanğını nəzarətə alınıb.

Lakin Dərəobası kəndi yaxınlığında meşə sahəsində başlayan yanğın qısa müddətdə böyüyüb. Yerli sakinlər təxliyə ediliblər./Teleqraf.com 

 

Xəbər lenti