Xəzər Xəbər

Daşkəsəndə TOY YASA DÖNDÜ: Bıçaqlanan şəxs yerindəcə öldü

Hadisə | 18:46 • 25 İyul 2021
Daşkəsəndə TOY YASA DÖNDÜ: Bıçaqlanan şəxs yerindəcə öldü

Daşkəsən rayonunda toy mərasimində bir nəfər öldürülüb.

Hadisə rayonun özündə baş verib.

Toy mərasimi zamanı qonaqlar arasında mübahisə baş verib. Nəticədə Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazov ürək nahiyəsindən bıçaqlanıb. O, yerindəcə keçinib.

Hadisə yerinə Daşkəsən rayon Polis Şöbəsi və Daşkəsən Rayon Prokurorluğunun əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti