Xəzər Xəbər

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Hadisə | 19:22 • 21 İyul 2021
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.

Xəbər lenti