Xəzər Xəbər

Gürcüstanda öldürülən şəxslərə görə qisas almaq istədilər - TUTULANLAR VAR

Hadisə | 16:14 • 21 İyul 2021
Gürcüstanda öldürülən şəxslərə görə qisas almaq istədilər - TUTULANLAR VAR

Gürcüstanın Marneuli rayonunda 1970-ci il təvəllüdlü T.P. və 1994-cü il təvəllüdlü İ.P. adlı şəxs saxlanılıb.

Onlar Yuxarı Saral kəndində qətlə yetirilən ailə üzvlərinin qohumlarıdır.

Həmin şəxslər sağlamlığa qəsdən zərər vurma və daşınmaz əmlakın zədələnməsində ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, onlar qətldə günahlandırılan şəxsin həbsindən sonra onun evinə yollanıblar. T.P. adlı şəxs bellə qətli törədən şəxsin atasına xəsarətlər yetirməyə cəhd edib, İ.P. adlı şəxs isə ailəyə məxsus iki avtomobilə zərər vurub.

Faktla bağlı istintaq aparılır./report

Xəbər lenti