Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Astarada 16 yaşlı qız 30 yaşlı oğlana ərə verilir? – Bacısından GÖZLƏNİLƏN AÇIQLAMA

Hadisə | 13:42 • 21 İyul 2021
Astarada 16 yaşlı qız 30 yaşlı oğlana ərə verilir? – Bacısından GÖZLƏNİLƏN AÇIQLAMA

Astara rayonunda 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.

XəzərXəbər xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbukda yazıb. Onun sözlərinə görə, nişan bu gün saat 14:00-da Astara rayonunun Rüdəkənar kəndində baş tutacaq:

“Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan Astara rayonunun Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur.

Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.

Bu xəbərlə bağlı oğlan evi açıqlama verərək, elə qızın yaşının tamam olmasını gözlədiklərini deyiblər.

1991-ci il təvəllüdlü İsmayıl Yusifovun bacısı Vüsalə İbrahimova Oxu.az-a açıqlama veərrək, yayılan söz-söhbətlərin yalan olduğunu deyib:

“Biz heç bir nişan etməmişik. Rayon yerində qızı istəyənlər çox olur. Qardaşımla Sumayyə bir-birini istəyib. Hər ikisi də öz ailələrinə məlumat verib. Mən də bacı kimi ötən ilin oktyabr-dekabr ayları ərəfəsində tort bişirib qız evinə qonaq getmişəm.

Bildirmişəm ki, biz sizin qızınızı istəyirik. Ailə də razılaşıb. Qızın “həri”sini almışıq. Qızın 16 yaşı, oğlanın 30 yaşı var. Yaşının tamam olmasını gözləyirik. Ailəsi razılaşsa, 18 yaşında toyumuzu edib, qızımızı evimizə gətirəcəyik. Bu gün nə nişan edirik, nə də toy. Elə yazırlar ki, qızı elə bil 50 yaşında kişiyə verirlər. Belə söhbətlər etmək lazım deyil. Yayılan tort şəkli isə qız evi ilə tanışlığa gedən zaman aparılan tortun şəklidir, kimsə internetdə paylaşıb”.

V.İbrahimova bu məsələdə bilib-bilmədən danışan, yanlış məlumat yayan insanlara da səslənib:

“Xahiş edirəm ki, qardaşım barədə işin nə olduğunu bilməyən insanlar fikir bildirməsin. Bu qədər söz-söhbət yaymaqdansa, əlaqə nömrəmizi tapıb, soruşmaq olardı. Bu, xoşagələn hərəkət deyil, evimizdə yaşlı insanlar var. Bu söhbətlərə görə narahat olublar”.

Xəbər lenti

Çox oxunanlar