Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda film kimi hadisə - Özünü binadan atdı, təcili yardımdan qaçdı, ev soydu

Hadisə | 202 | 12:08 • 21 İyul 2021
Bakıda film kimi hadisə - Özünü binadan atdı, təcili yardımdan qaçdı, ev soydu

Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib.

XəzərXəbər Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonda yerləşən beşmərtəbəli binanın damına çıxan Ağasıyev özünü yerə atıb.

Xəsarətlər alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq, yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub.

Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinə polis çağırılıb. Ağasıyev saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, həmin şəxsin psixi problemləri var. 

Xəbər lenti

Çox oxunanlar