Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Hərbi təlim mərkəzində GÜCLÜ PARTLAYIŞ: İrəvan itkilərin sayını gizlədir

Hadisə | 11:49 • 21 İyul 2021
Hərbi təlim mərkəzində GÜCLÜ PARTLAYIŞ: İrəvan itkilərin sayını gizlədir

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin təlim mərkəzində partlayış baş verib.

Yayılan məlumatlarda təlim meydançasında şəxsi heyətlə məşğələ zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində güclü partlayışın baş verdiyi bildirilir. Nəticədə hərbi hissəyə məxsus müxtəlif təyinatlı ləvazimatlar məhv olub və iki obyektə xeyli ziyan dəyib.

Xəsarət alanlar barədə məlumat gizlədilsə də, alovun yayılmasının qarşısının alınması məqsədilə hadisə yerinə bir neçə yanğınsöndürmə briqadasının cəlb olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar Ermənistan ordusunun iki hərbi qulluqçusu həbs edilib./Publika.az 

Xəbər lenti

Çox oxunanlar