Xəzər Xəbər

SON DƏQİQƏ: Şadlıq evlərinə rəhbərlik edən şəxslər həbs edildi - BU SƏBƏBDƏN

Hadisə | 487 | 10:44 • 21 İyul 2021
SON DƏQİQƏ: Şadlıq evlərinə rəhbərlik edən şəxslər həbs edildi - BU SƏBƏBDƏN

Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumların əməkdaşları ilə birlikdə keçirdikləri müvafiq tədbirlər nəticəsində bəzi şadlıq saraylarında karantin rejimindən irli gələn qayda və tələblərin pozulması aşkar edilib.

Belə ki, “Tural” və “Min Bir Gecə” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməyib. Həmin şadlıq saraylarının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndəriliob. Məhkəmənin qərarı ilə həmin şəxslər 25 gün müddətə inzibati qaydada həbs edilib.

ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə “Gəncə Palas” şadlıq sarayının müvafiq portalda qeydiyyat aparmayaraq toy məclisi keçirməsi məlum olub. Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndəriliob. Məhkəmənin qərarı ilə həmin şəxslər 10 gün müddətə inzibati qaydada həbs edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti