Xəzər Xəbər

16 yaşlı qızı evində dərmanla yatızdırdı: görüntüləri sosial mediada paylaşdı

Hadisə | 10:48 • 21 İyul 2021
16 yaşlı qızı evində dərmanla yatızdırdı: görüntüləri sosial mediada paylaşdı

Türkiyənin Mersin şəhərində 23 yaşlı gəncin əməli polisi hərəkətə keçirib.

Gənc, 16 yaşlı qızı evə çağıraraq ona içki içirdib. İçkinin tərkibinə dərman qatıldığından xəbərsiz olan qız, halsızlaşıb.

Ardınca o, qıza yuxu dərmanı verərək yeniyetməni uzun müddət yatızdırıb. Ardınca isə gənc, 16 yaşlı qıza təcavüz edib. Daha sonra isə onun açıq-saçıq görüntülərini çəkərək şantaj edib. 23 yaşlı türkiyəli yeniyetmədən onunla davamlı şəkildə görüşməsini istəyib.

Lakin yeniyetmə şantaja boyun əyməyərək polisə şikayət edib.Bundan hiddətlənən türkiyəli, görüntüləri sosial mediada paylaşıb. Araşdırmalar davam edir./Metbuat.az

Xəbər lenti