Xəzər Xəbər

Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Hadisə | 15:46 • 24 İyun 2021
Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, hadisə Agentlik tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Qəza nəticəsində ölüm halı qeydə alınmayıb.

Sərnişinlərdən 7 nəfər xəsarət alıb. Bildirilib ki, xəsarət alanlara ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Xəbər lenti