Xəzər Xəbər

Bakıda kafedə yanğın baş verib

Hadisə | 16:28 • 23 İyun 2021
Bakıda kafedə yanğın baş verib

Paytaxtın Xəzər rayonunda ümumi sahəsi 350 kvadratmetr olan kafenin həyətində yanğın baş verib.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində kafenin yüngül konstruksiyalardan ibarət tikililəri 300 kvadratmetr sahədə yanıb. Bundan başqa, 20 ağac da yanıb.

Kafenin ərazisindəki digər tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti